“Samson -farma” və MTS-bank Rusiya bazarında ilk dəfə olaraq, apteklərdə pos-kredit xəttini istifadəyə verməyə başlayıb.
Facemark.az xəbər verir ki, bu haqda Kommersant nəşrinə şirkətdən deyiblər.
Belə bir xidmət isə təcili bahalı dərmanlara ehtiyacı olan pasientlərə hesablanıb. Söhbət 500 rubl qiymətində dərmanlardan gedir. Müştərilərə 300 000 rubla, 1 illik, 23%-lə kredit xətti təmin olunur. Hələki xidmət apteklər şəbəkəsinin bəzi mağazalarında əlçatandır. Xidmətin effektivliyi haqqında isə 2020-ci ildə, pilot rejim başa çatdıqdan sonra danışmaq olar.
Kreditlə dərmanların satılması təcrübəsi aptek şəbəkələri bazarında birinci dəfədir ki, tətbiq olunur.
Samson-farma-nın MTS bank ilə birlikdə ərsəyə gətirdiyi bu layihədən şirkətin gözləntisi odur ki, müştəri axını çoxalacaq və gəlirlərdə 2020-ci ilə 5-10%-lik artım müşahidə olunacaq.
Qeyd edək ki, DSM Group-un hesablamalarına görə, 2019-cu ildə apteklərdə dərman satışları 2015-ci ildən bəri ilk dəfə 1,5% azalaraq 3,8 milyard paketə düşüb.