“Forbes Russia” Milyarderlər məktəbi layihəsi isə biznes-təhsil bazarına keçid edir.


Facemark.az -ın məlumatına görə, bu haqda Kommersant nəşri “AS Rus Media” SƏHMDAR Cəmiyyətinin baş direktoru (jurnalın naşiri) Elmar Murtazayevə istinadən yazıb.


“Milyarderlər məktəbi” noyabrın 19-da dövlət qeydiyyatına alınıb. MMC-nin 72,5%-lik payı isə “AS Rus Media”ya aiddir. Məktəbin baş direktoru isə Amfora nəşriyyatının rəhbəri Oleq Sedovdur. Məktəb özündə onlayn kursu, video mühazirəni və oflayn -tədbirləri əhatə edir. Təlimçilər isə öz biznesini quran və onu uğurla idarə edən sahibkarlar olacaq.


Murtazayev deyir ki, onlar tələbələrə səhvlərdən qaçmağın, satışları artırmağın yollarını, yeni ticarət nöqtələrinin açılmasını, qanunverici risklərdən və s. qaçmağın yollarından danışacaqlar. O, izah edib ki, əlavə təhsil bazarına çıxış, şirkətin yeni strategiyası və gəlirləri diversifikasiya etmək istəyi ilə bağlıdır. Şirkətdən isə hesab edirlər ki, belə maarifləndirici layihədən onlar on milyonlarla rubl gəlir əldə edə bilərlər.


Murtazayev əlavə edib ki, çap mətbuatıda satış və reklamdan gəlirlər azalır bu isə bazardakı ümumi düşmə ilə bağlıdır: “Amma biz bununla belə batan adada palmanın zirvəsində oturmuşuq”.