Televiziya holdinqi Sky yeni reklam çarxında Stiven Spilberqin “Yadplanetli” filminin qəhrəmanını yenidən Yer Kürəsinə qaytarıb.
Facemark.az xəbər verir ki, Adindex.ru nəşrinin məlumatına görə, çarx “Tətil görüşü” (Holiday Reunion) adlanan film şirkətin rəsmi YouTube kanalında yerləşdirilib.
Reklam çarxının yaradıcıları filmin süjetində 1982-ci ildə efirə çıxan “Yadplanetli” kult filminin davamını çəkiblər.
Reklam çarxının süjetində baş qəhrəman Yer Kürəsinə 37 ildən sonra yenidən qayıdır və dostu Elliota baş çəkir. Bu rolu isə həminki aktyor Henri Tomas oynayıb. Artıq onun arvadı, uşaqları və şəhərətrafı yerdə evi var idi. Onların son görüşündən sonra, artıq çox şey dəyişib. Amma o yenə də bizim planeti özü üçün kəşf etməyə başlayır. Elliotun uşaqları ona planşetdən, internetdən və VR eynəklərdən istifadə etməyi öyrədirlər. Filmin sonu isə orjinalda olduğu kimi velosipedlə ulduzlu səmada uçuş ilə sona çatır.
Qeyd edək ki, filmin yaradıcıları deyib ki, onlar filmin davamını çəkməyə çalışıblar və orijinal versiya üzərində dəyişikliyə getməyiblər.