Bir il ərzində Rusiyada “Paytaxt salatı”nın hazırlanması üçün nəzərdə tutulan ərzağın dəyəri 4,6% artıb.


Facemark.az xəbər verir ki, bu haqda İzvestiya nəşri Rosstat-a istinadən yazıb.


4 nəfərdən ibarət olan ailə üçün belə “porsiya”nın hazırlanması 340 rubla başa gəlir. Amma 2018-ci ildə isə bu 325 rubl olub. Ənənəvi Yeni il salatının bir “tası”nın (12 porsiya) qiyməti isə 1,02 min rubla başa gələcək.


Rosstat salatın indeksini hesablamaq üçün onun belə bir reseptini təqdim edir. Konservləşdirilmiş xiyar (500 qram), yaşıl noxud (380 qram), kartof (500 qram), kök (200 qram), toyuq yumurtası 4 ədəd, kolbasa (300 qram), mayonez (200 qram), soğan (100 qram).


İl ərzində ən çox bahalaşan isə soğan olub 10%, kolbasa və konservləşdirilmiş tərəvəzlər isə 6%-ə qədər artım göstərib.


Ekspertlər isə gözləyirlər ki, ilin sonunda salat üçün ərzaqların qiyməti daha çox bahalaşacaq. Söhbət isə qış gələn zaman qiymətlərində artımın müşahidə olunduğu tərəvəzlərdən gedir. “Şuba” salatını hazırlamaq isə daha ucuza başa gələcək, belə ki, onun tərkibinə gedən məhsulların dəyəri cəmi 2,6% artım göstərib.