Pantone Color Institute gələn Yeni İlin əsas rəngini elan edib. Bu klassik göy rəng olacaq.


Facemark.az xəbər verir ki, TASS-ın məlumatına görə, Pantone Color Institute-un baş icraçı direktoru Leatris Eysman göy rəngin etibarlı və təmiz rəng olduğunu deyib. Onun sözlərinə görə, bu rəng özündə etibarlılığı ehtiva ediyindən, daimiliyi, sakitliyi və əminliyi ifadə edir.



Baş icraçı direktor əlavə edib ki, bu rəng sadəliyi ilə zərifdir: “Sonsuz göy bizə böyük və sərhədsiz axşam səmasını xatırladır. Classic Blue insanları sərhədləri dağıtmağa çağırış edir”.


Qeyd etmək yerinə düşər ki, Pantone Color Institute — bu Pantone şirkətinin tədqiqat mərkəzidir. Rəngləri və onların müxtəlif sahələrdə təsirlərini araşdırılması ilə məşğul olur.