Vogue yayım həyatına 1892-ci ildə Amerikada başlayıb. 2009-cu ildən bu yana isə Türkiyədə də aylıq olaraq yayımlanmağa davam edir.


Facemark.az xəbər verir ki, Doğus Yayım Qrup-unun tərkibində olan jurnal 2020-ci ildən yoluna yeni bir sahiblə davam edəcək.


Jurnal yayım siyasətini üç əsas prinsip üzərində qurub. Vizual gözəllik, qadınları mərkəzdə tutan üslub, müstəqil bir baxış bucağı prinsipləri üzərində qurulan jurnal 2020-ci ilin yanvarından Turkuvaz Dergi qrupunun tərkibində olacaq.


Beləliklə, Vogue Türkiyə, hazırda qrupun portfelində olan Cosmopolitan, Cosmopolitan Bride, Esquire, Forbes, Harper’s Bazaar, Home Art və House Beautiful kimi jurnallar arasında olacaq.


Jurnal Türkiyə bazarından fəaliyyətə başladığından bu yana yayıma məsul Seda Domaniç ilin sonundan işdən ayrılacaq. O, bu haqda jurnalın dekabr/yanvar buraxılışında qələmə aldığı yazısında elan etmişdi.


Foto-ya keçid üçün linkə klik edin.