Instagram Hekayələri kütlələr arasında bir xeyli populyardır. Ancaq hələ də bir çox marka bu məcrada televiziya üçün hazırlanan reklam filmlərindən qısa bölmələr paylaşır.


Facemark.az xəbər verir ki, McDonald’s isə Almaniyada həyata keçirdiyi yeni kampaniyasında Instagram hekayələrinin dinamikliyinə uyğun, ultra minimalist vizuallardan istifadəni seçir.


Almaniyanın reklam agentliyi Heimat hazırladığı kampaniyada günün müəyyən saatları, McDonald’s’-un spesifik məhsulları ilə uyğunlaşdırılır. Hər bir məhsul, ağ fon üzərində günəşin doğması, batması, ulduzlu gecə kimi illüstrasiyalar ilə bəzədilib. Hekayələrin vaxti isə saatlara uyğun tənzimlənib.


Hazırda təkcə Instagram-da yayımlanan kampaniyanın qarşıdakı günlərdə digər məcralarda da yayılması gözlənilir.


McDonald’s Almaniyanın Instagram Hekayələr kampaniyasına aşağıdakı fotolardan baxa bilərsiniz.


Reklamverən: McDonald's Almaniya


Reklam Agentliyi: Heimat