Məlum olduğu kimi, Uber-in CEO-su Travis Kalanick bir sıra qalmaqallardan sonra, 2017-ci ilin iyununda vəzifəsindən ayrılmışdı. Avqustda isə onun yerinə, CEO-luq pozisiyasına Dara Xosrovşahi gətirilmişdi.
Facemark.az xəbər verir ki, Kalanick CEO-luq vəzifəsindən istefa etsə də, Uber-in İdarə Heyətindəki vəzifəsinə davam edirdi.
Uber tərəfindən yayımlanan açıqlamaya görə, Travis Kalanick, dekabrın 31-dən etibarən İdarə Heyətindən də ayrılır. Kalanick yaxın zamanlarda yeni işinə və xeyriyyə işlərinə fokuslanmağı planlaşdırdığını deyib.
Qeyd edək ki, 2010-cu il ilə 2017-ci il arasında şirkətin CEO-su vəzifəsində çalışan Travis Kalanick qalmaqallardan sonra, Uber-in ən böyük investorlarının beşinin tələbi ilə istefa etmək məcburiyyətində qalmışdı.
Son olaraq, Travis Kalanick-in 2,5 milyard dollarlıq Uber səhminə sahib olduğu və bu səhmlərin 90%-ni satdığı ilə bağlı xəbərlər də yayılmışdı.