Koronavirus pandemiyasının iqtisadi nəticələri olduqca genişdir. Təəssüf də olsa deməliyik ki, müəssisələrin çətin dövrlərdə ilk ixtisar etdikləri reklam və marketinq büdcəsi olur. Koronavirus media nəhənglərindən tutmuş, sadəcə bir-neçə sosial media səhifəsini idarə edənlərə qədər hər kəsin işində çətinlik yaradır. Söhbət influencerlərdən gedirsə, tək şirkətlərin onlara ayırdıqları sponsorluqlar “uçub” getmir. Eyni zamanda, şirkətlər məhsullarının tanıtımını da aşağı salır və turları da təxirə salır.


Koronavirusun səyahət bloggerlərinə təsiri


Səyahət üzrə kontent yaradıcısı Alex Outhwaite deyir ki, o son səfərini fevral ayında edib: “Martda Finlandiyaya gedəcəkdim, apreldə Efiopiya, növbəti həftələrdə isə Maldivlərdə olmalı idim. Demək olar ki, ilin yarısından çoxunu səyahətlərdə olurdum”, - deyə o, izah edir.



Onun YouTube reklam gəlirindən əldə etdiyi ayda 1000 funt sterlinq 100 funt sterlinqə düşüb. Səyahət bloggeri, eyni zamanda təxirə salınan uçuşlara görə də pul itirməli olub.


O, deyir ki, bütün planlarım alt-üst oldu: “Gəlir yerinin dayandığı bir vaxtda, yığdığım pullar ilə nə qədər belə davam edə bilərəm? sualına cavabı bilmirəm”.


Məsələn, başqa bir səyahət bloggeri Karen Beddow də dörd il idi ki, özünün vəkil vəzifəsindən ayrılmış, ailə səyahət bloqu olan Mini Travellers-i yaratmışdı. O, yanvar ayı ilə müqayisədə reklam gəliri 95% azalmış və bir ayda sadəcə 350 funt sterlinq qazanc əldə etmişdi. Influencer deyir ki, bu son altı ildə hazırladığım kiçik bir biznesdir və bura çox zamanı ayırmışam. Məncə, insanlar arxa planda nə qədər əmək sərf etdiyinizi görmür. Belə ki, foto çəkdirməli, videoları edit etməli, veb saytı səliqəyə salmalı və gələn e-mailləri cavablamalısınız.



Bu sadəcə yazıda bəhs etdiyimiz bir neçə nümunə idi. Belə vəziyyətdə olan, çox güman ki, xeyli sayda influencer var.