Yaponiyanın avtomobil istehsalçısı Toyota digər iri avtoistehsalçıların tətbiq etdiyi yeni tendensiyalar fonunda özünün emblemini daha minimalistik edib.


Facemark.az-ın məlumatına görə, hazırda loqotipin üzərində şirkətin adı yoxdur, yaponlar hesab edir ki, hazırda onların loqotipi tanınandır.


Bundan başqa, loqotipdə 3D effekti yox olub və emblemin görünüşü adi 2D efektləri ilə əvəzlənib.


Üçölçülü loqotipdən ikiölçülü loqotipə keçid isə onunla izah edilir ki, bu daha çox müasir tendensiyalar ilə səsləşir. Və gələcəkdə elektrik mühərrikli və pilotsuz avtomobillərin istehsalına daha uyğun gəlir. Yeni simvolun hazırlanmasına baxmayaraq, kompaniyadan deyilib ki, yaxın gələcəkdə rebrendinq diler mərkəzlərindən yan keçəcək. Bu prosesə keçid isə yaxın beş il ərzində baş tutacaq.


ƏVVƏL



Qeyd edək ki, daha əvvəl Volkswagen, BMW Nissan kimi avtomobil istehsalçısıları da loqotiplərində dəyişikliyə getmişdilər. Daha ikiölçülü və minimalistik stilə üstünlük vermişdilər. Yeni emblem isə elektrik mühərrikli avtomobillərdə istifadə ediləcək.


İNDİ



Videoya BURADAN keçid edə bilərsiniz.